Qadın həkimi döyən müharibə əlili ilə bağlı "Qarabağ qaziləri"ndən açıqlama: "Şəmail Mustafayev Qazidir!" - VİDEO

Qadın həkimi döyən müharibə əlili ilə bağlı "Qarabağ qaziləri"ndən açıqlama:  "Şəmail Mustafayev Qazidir!" - VİDEO backend

"Qarabağ qaziləri" İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu son günlər xanım həkimə əl qaldırması ilə gündəm olan Qarabağ qazisi Şəmail Mustafayevlə bağlı açıqlama verib. 

Qazilər.az xəbər verir ki, açıqlamada deyilir:

"Saxta qazi olmur, cənablar! Saxta hər zad olur, amma qazi olmur! Bunu unutmayın!

Qadına əl qaldırmaq olmaz, böyük günah edib, səhv edib. Qınayırıq onun bu əməlini. Kimsə də o qaziyə haqq qazandıra bilməz. Bir sözlə o əməlinə bəraət yoxdur. Cəzasın da alsın. Amma məsələ araşdırılsın, sonra cəza verilsin. Amma adama "döyüşməyib", "saxta qazidir" deməyin.

"Qarabağ qaziləri" birliyi qadına əl qaldıran döyüşçü haqqında ilkin araşdırma aparıb. O şəxs
"Qarabağ qaziləri" birliyinin üzvü deyil, amma məlum olub ki, o həqiqətən qazidir. Nə olsun ki, qolu, ayağı, gözü yerindədir. Bəyəm əlilik elə 3 şeyə görə verilir? Xeyr!

Mustafayev Şəmail 703 saylı hərbi hissənin tərkibində Ağdərə istiqmətində döyüşüb, rabitə xidməti rəisi olub. Olduğu ərazi ştab düşmənin bombardumanına məruz qalıb, yanında Şəhid olanlar olub. Ağır yaralanıb, kontuziya alıb. Hələ illər əvvəl ordumuzun düşməni Nəcməddinlə dalaşıb, bunu ordudan tərxis ediblər, 2016-cı il aprel döyüşlərindən sonra Müdafiə Naziri Zakir Həsənovla görüşüb, öz sahəsi üzrə mütəxəsis (təlimatçı) kimi orduya qaytarılıb! Görünür, səhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb. Adam döyüşüb, yaralanıb. Ona şər atmayaq. Sahil Babayev nazir təyin olunandan sonra o, həqiqətən nazirlikdə ciddi şəffalıq yaradıb, xeyli yaxşı işlər görüb. Amma o da, nazirlik də nöqsansız deyil. Problemi odur ki, inandığı adamlar dediklərimizi, narazılıqlarımızı ona doğru, düzgün çatdırmır. Ya da ümumiyyətlə çatdırmırlar. Bu da ciddi fəsadlar yaradacaq! Nazirin özü ilə isə görüşə bilmirik!

P.S. Saxta son 5 ildə əlillər haqqında qəbul edilən yarıtmaz qanun və qərarlardı. Bundan danışın. Bu qərar və qanunu imzalamış adamlardır saxta!"

R.Kərimoğlu təklif edib ki, qazilər komissiyadan keçiriləndə komissiyaların tərkibində xanım həkimlər olmasın!

QAZİLƏR.AZ