Ramiz Əzizbəylinin vəziyyəti yenidən ağırlaşıb.
Bu barədə APA-ya Xalq artistinin qızı Xədicə Əzizbəyli məlumat verib.
Onun sözlərinə görə, atasının vəziyyəti dünəndən bəri daha da pisləşib: "Huşu hazırda özündə deyil. Yanaşı xəstəlikləri olduğu üçün vəziyyəti gündən-günə ağırlaşır. Həkimlər ümidverici heç nə demir".
Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.