Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq.
Kult.az xəbər verir ki, bunu aparıcı Hacı Nuran Hüseynov deyib.
O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah yenidən əməliyyat keçirəcək.
Qeyd edək ki, A.Ağayev apreldə Türkiyədə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Mayda ifaçı ikinci dəfə əməliyyat olunub.