Vətən müharibəsində itkin düşən hərbi qulluqçu Məsimov Əkbər Yunis oğlu dəfn olunub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhid Ağdaş rayonunun Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Ağdaş Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ə.Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Ə.Məsimov subay idi.





