Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldəniz Verdiyev dəfn olunub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, o, Göygöl şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Verdiyev Eldəniz Rabil oğlu 1999-cu ilin oktyabr ayının 4-də anadan olub. Ailəsi müvəqqəti olaraq Göygöl rayon Murovdağ qəsəbəsində məskunlaşıb. Şəhid E.Verdiyev subay idi.
Xatırladaq ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.




