Azərbaycanda bu gün 4 nəfər koronavirusdan vəfat edib

Azərbaycanda bu gün 4 nəfər koronavirusdan vəfat edib backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 269 nəfər müalicə olunaraq sağalıb, 4 933 nəfər vəfat edib, aktiv xəstə sayı 3 337 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 585, ötən müddət ərzində isə ümumilikdə 3 551 620 test aparılıb.