Mübariz İbrahimovun anasının vəfat etməsilə bağlı xəbər yalan çıxdı

Mübariz İbrahimovun anasının vəfat etməsilə bağlı  xəbər yalan çıxdı backend

Sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın vəfat etdiyi barədə məlumat yayılıb.

Mənbəyi bilinməyən xəbərin sosial şəbəkələrdə çoxlarının ciddi adamlar kimi tanıdığı şəxslər tərəfindən tirajlanması çaşqınlığa səbəb olub.

Modern.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Biləsuvar rayonunun deputatı Bəhruz Məhərrəmovun köməkçisi Nazir Məşədikərimli ilə əlaqə saxlayıb. O saytımıza xəbərin yalan olduğunu bildirib:

“Milli Qəhrəmanın anasının dünyadan köçməsi haqqında informasiya yalandır. Şamama xanım həyatdadır. Artıq bu məsələ araşdırmaya verilib”.

Xatırladaq ki, Mübariz İbrahimovun anasının bundan öncə də ölüm xəbəri yayılmış və təkzib edilmişdi.