Qənirə Paşayeva bir qrup qazi ilə görüşüb - FOTO

Qənirə Paşayeva bir qrup qazi ilə görüşüb -  FOTO backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup iştirakçısı ilə görüşüb.

Qazilər.az bildirir ki, komitə sədri, onların döyüş yolu, cəbhə xatirələri və qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

"Sizi düşmən üzərində tarixi zəfərimiz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı diləyir, mülki həyatda da bol şanslar, uğurlar diləyirəm!

Sizlər 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayınca döyüşlərə qatılmış, cəbhənin müxtəlif istiqamətlərində fədakarlıqla vuruşmusuz. 

Şəhid olan əsgər yoldaşlarınızın timsalında bütün şəhidlərimizi rəhmətlə anır, yaralı cəbhə yoldaşlarınıza şəfalar diləyir, sizlərə möhkəm can sağlığı, yeni başarılar arzulayıram"!

Q.Paşayeva qazilərə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.