Bu gün Vətən müharibəsi şəhidi Ulubəyov Nurəhməd Hacıbəyli oğlunun doğum günüdür.
N.Ulubəyov 1995-ci il iyunun 2-də anadan olub.
Bu gün şəhidin İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub. Məzarı üzərinə əklil qoyulub.
Daha sonra şəhidin Xətai rayonunda Lütfi Zadə küçəsi, 16 ünvanda yaşadığı binanın qarşısında qoyulmuş Xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib.
Çıxış edənlər N. Ulubəyovun döyüş yolundan danışıblar.






