Bakıda iki marşrutun hərəkət sxemi dəyişdirilir - RƏSMİ - FOTO

Bakıda iki marşrutun hərəkət sxemi dəyişdirilir -  RƏSMİ - FOTO backend

Sabahdan Ə.Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən 36 və 81 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək. 

Belə ki, 81 nömrəli marşrut xətti üzrə avtobusların hərəkəti Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə, 36 nömrəli marşrut xətti üzrə isə Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcək.

Diaspora