Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri Məmmədağa İqab oğlu İmanov dəfn edilib.
"Report"un Aran bürosunun məlumatına görə, mərhum Neftçala şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü M.İmanov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, sonuncu dəfə sentyabrın 29-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı ailəsi ilə əlaqə saxlanılıb. M.İmanov döyüşlərdə itkin düşüb. Mayın 31-də onun nəşi tapılıb.
Şəhid M.İmanov iki bacının tək qardaşı idi.
Allah rəhmət eləsin!






