Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, coğrafiya elmləri doktoru Vaqif Məmmədov və dosent İmran Abdullayevin birgə qələmə aldıqları “Hidrologiya” dərsliyi nəşr olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, dərslikdə Yer kürəsinin təbii sularını, onlarda baş verən proseslərin qanunauyğunluqlarını öyrənən hidrologiya elminin əsasları verilib. Təbii suların əsas fiziki və kimyəvi xassələrinə, hidroloji proseslərin fiziki qanunauyğunluqlarına, təbiətdə suyun dövranına və s. məsələlərə baxılıb. Müxtəlif tip su obyektlərində - buzlaqlarda, yeraltı sularda, çaylarda, göllərdə, su anbarlarında, bataqlıqlarda, okean və dənizlərdə baş verən hidroloji proseslərin xüsusiyyətləri izah olunub. Nəşrdə, eyni zamanda, Yer kürəsinin su ehtiyatları haqqında məlumat verilib.
Dərslik tələbə və mütəxəssislər üçün nəzərdə tutulub.