Deputat Qarabağ qazisi Rüxsarə Cumayeva ilə bağlı hökumətə müraciət etdi

Deputat Qarabağ qazisi Rüxsarə Cumayeva ilə bağlı hökumətə müraciət etdi backend

Milli Məclisin plenar iclasında çıxış edən deputat Elşən Musayev əvvəlcə seçildiyi Zaqatalanın su problemindən bəhs etdi. Daha sonra deputat xanım Qarabağ qazisi ilə bağlı hökumətə müraciət etdi: “Birinci Qarabağ Müharibəsində döyüşən, qazi Rüxsarə Cumayevanın köməyə ehtiyacı var”.

E.Musayev qazinin dövlətdən kömək gözlədiyini bildirdi: “Tutu ləqəbli qazimiz Rüxsarə Cumayevanın hazırda səhhəti pisdir. Onun ayaqları tutulub. Bu qəhrəman xanıma təcili olaraq kömək edilməlidir. Vəziyyəti olduqca qeyri-qənaətbəxşdir. Onun dövlətdən gözləntisi var. Xahiş edirik ki, aidiyyəti qurumlar qazimizin salamlığı üçün səfərbər olsunlar”.

Musavat.com