“8 Noyabr” stansiyasında ilk dəfə olacaq yenilik tətbiq edilib

“8 Noyabr” stansiyasında ilk dəfə olacaq yenilik tətbiq edilib backend

“8 Noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı məsələdə ilk dəfə olaraq yenilik tədbiq edilib.

Qazilər.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Rəis müavini bildirib ki, stansiyada 35 kv-luq yarımstansiya istifadəyə verilib:

“Stansiya fasiləsiz elektrik təminatı məqsədilə dörd ədəd güc generatorla təmin edilib. Stansiyanın ümumi uzunluğu keçid kamerası ilə birlikdə 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqondan ibarətdir. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stanaiyada da idarəetmə məhz bu sistemlə həyata keçiriləcək. Ümid edirik ki, 31 May tarixindən istifadəyə başlayacaq “8 Noyabr” stansiyanın da sərnişinlərin daşınmasınsa əhəmiyyətli rolu olacaqdır”.