Vətən müharibəsi qəhrəmanlarına orden və medallar təqdim olunub

Vətən müharibəsi qəhrəmanlarına orden və medallar təqdim olunub backend

Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocəvəndin, Su­qovuşanın və Şuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçularına orden və medallar təqdim olunub.

Bu barədə DSX-dən məlumat verilib.

Orden və medalları may ayının 28-də Zəngilan rayonu ərazisində DSX-nin yeni hərbi hissə kompleksinin xidməti-döyüş fəaliyyətinə başlaması mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev təqdim edib.

Döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qə­ləbənin əldə olunmasında zəhməti olan bütün şəxsi heyətə, hərbi hissənin inşasında iştirak etmiş heyətə minnətdarlıq bildirilib.

Vətən müharibəsində əldə edilmiş təcrübənin qarşıda duran tapşırıq­ların daha yüksək səviyyədə icra şəraitini yaratması, Azərbaycan sərhədçi­lərinin işğaldan azad olun­muş ərazilərdə xidmətlərilə qürur duymaları və daima Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şərəflə xidmət edəcəkləri, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqları xüsusi qeyd olunub.