Prezidentlə görüşdə Qazilər birliyinin Ağdam filialının sədri də iştirak edib

Prezidentlə görüşdə Qazilər birliyinin Ağdam filialının sədri də iştirak edib  backend

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfər edib.

Qaziler.az bildirir ki, dövlətimizin başçısı  səfər zamanı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb. "Qarabağ qaziləri" ictimai birliyi Ağdam rayon filialının sədri Şamil Əbilov da Prezidentlə görüşdə iştirak edib və onunla xatirə şəkli çəkdirib. 

Xatırladaq ki, Şamil Əbilov Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub,  şərəfli döyüş yolu keçib. O, siravi əsgərdən batalyon komandiri vəzifəsinə qədər yüksəlib.