"Bayrağının endirilməyəcəyini göstərən qardaşlarımızı..." - Türkiyə XİN

"Bayrağının endirilməyəcəyini göstərən qardaşlarımızı..." -  Türkiyə XİN backend

Türkiyə Xarici İşlər Nazirliyi 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qazilər.az xəbər verir ki, təbrik mesajı nazirliyin rəsmi tvitter səhifəsində yerləşdirilib.

“Vətən Müharibəsindəki mübarizəsi ilə şanlı Azərbaycan bayrağının heç bir şərt altında endirilməyəcəyini göstərən azərbaycanlı qardaşlarımızı hörmətlə salamlayırıq!” – təbrikdə deyilir.