Baş qazinin məzarı ziyarət edildi - gənc qaziyə üzvlük vəsiqə verildi - FOTO

Baş qazinin məzarı ziyarət edildi -  gənc qaziyə üzvlük vəsiqə verildi - FOTO backend

Qarabağ qazilər birliyinin üzvləri 28 May Respublika günü münasibəti ilə Qarabağ qaziləri İctimai Birliyinin ilk sədri mərhum Baş qazi Etimad Əsədovun məzarını ziyarət ediblər. 

Qazilər.az bildirir ki, ziyarət zamanı şəhid və dünyasını dəyişmiş qazilərimizin, o cümlədən Etimad Əsədovun ruhuna dualar oxunub. 

Qarabağ qaziləri birliyinin sədri Asəf Əliyev ziyarət zamanı 44 günlük Vətən müharibəsi döyüşlərinin qazisi Cəbrayılov Namiq Şahin oğluna qazilər birliyinin üzvlük vəsiqəsi təqdim edib. 

 

 

Diaspora