Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi qaydası dəyişib

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi qaydası dəyişib backend

Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Eyni zamanda layihəyə görə, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli qəhrəmanlarının və Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.