AVRO-2020-də Bakıda ictimai nəqliyyat necə işləyəcək? - RƏSMİ

AVRO-2020-də Bakıda ictimai nəqliyyat necə işləyəcək? -  RƏSMİ backend

AVRO-2020-nin dörd oyununun Bakıda keçiriləcəyi günlər ictimai nəqliyyat, eyni zamanda Bakı Metropoliteni fəaliyyət göstərəcək.

Bu, Baş nazir Əli Əsədovun dünən imzaladığı qərarından aydın olur. 

Qərara əsasən, 12 iyun şənbə, 20 iyun bazar gününə təsadüf etsə də, həmin günlərdə ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulmayıb. 

Qeyd edək ki, AVRO-2020 çərçivəsində iyunun 12-də Uels - İsveçrə, iyunun 20-də isə Türkiyə-İsveçrə oyunları baş tutacaq.

Xatırladaq ki, qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub.