Hovuzlardan istifadəyə icazə verildi - Qayda

Hovuzlardan istifadəyə icazə verildi -  Qayda backend

İdman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan), çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti 10 iyun saat 00:00-dan bərpa ediləcək.

Qazilər.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilir ki, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.