Daha 121 şəhid və qazi ailəsinin məişət şəraiti fond tərəfindən yaxşılaşdırılıb

Daha 121 şəhid və qazi ailəsinin məişət şəraiti fond tərəfindən yaxşılaşdırılıb backend
16-23 may tarixlərində 121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 110 qazinin tibb xərcləri ödənilib.
Bundan əlavə, 2 şəhid və qazi ailəsinin təhsil xərclərinin ödənilməsi tamamlanıb.

Qeyd olunub ki, daha 227 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 80 şəxsin tibb xərclərinin ödənilməsi və 13 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.
Diaspora