Şəhid Pərviz Nağıyev Tovuzda dəfn edilib - Yenilənib

Şəhid Pərviz Nağıyev Tovuzda dəfn edilib -  Yenilənib backend

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Pərviz Nağıyev Tovuz şəhər qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, P.Nağıyevin 6 və 4 yaşında oğulları yadigar qalıb.

xxxxx

11:32

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Pərviz Güloğlan oğlu Nağıyevın cənazəsi Tovuz rayonuna gətirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), çavuş Pərviz Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub.

Hazırda şəhidin evində vida mərasimi təşkil olunub. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçi yoldaşları iştirak edirlər.

Mərhum Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, P.Nağıyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəliydi, iki oğul övladları Vətənə əmanət qaldı.

Allah rəhmət eləsin!