“Belə davam edərsə, pandemiyanın sonu çata bilər...” - Professor

“Belə davam edərsə, pandemiyanın sonu çata bilər...” -  Professor backend

Pandemiyanın gedişində bu gün əsas nəzərə çarpan məsələ xəstəliyin səngiməsidir. Xəstəliyə yoluxma hallarında dalğanın enişi müşahidə edilir.

Qazilər.az xəbər verir ki, bunu professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, yoluxma azalsa da, insanlar heç də arxayınlaşmamalıdır: "Çünki yeni situasiya yarana bilir, yeni mutasiya keçirmiş ştammlar peyda olur. Britaniya və Cənubi Afrika ştamları yayılan zaman təhlükənin şahidi olduq. Hazırda Hindistan ştammı ilə bağlı böyük narahatlıq var. Bununla bağlı qətiyyən ehtiyatı əldən verməməliyik".

Adil Qeybulla bildirib ki, yaxın zamanda karantin rejimində epidemioloji vəziyyətə uyğun olaraq qadağalar yavaş-yavaş aradan qaldırılacaq: "Açıq havada maska taxmaq qadağası qaldırıla, toyların təşkilinə icazə verilə bilər. 100-150 nəfərdən ibarət, məsafə gözləməklə insanların tədbirələrə yığışması mümkündür.

Lakin hələ bilmirik ki, hansı vəziyyətlə üz-üzəyik. Vəziyyət bu şəkildə davam edəcəksə, Hindistandan yayılmasa, pandemiyanın sonuna çata bilərik. Hazırda əsas məsələ vaksin vurdurmaq, xəstəliyə qarşı immunitet formalaşdırmaqdır".

Teleqraf.com