"Eşitdim, özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan".
Qazilər.az xəbər verir ki, bunu İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi öz Tvitter hesabında yazıb.
“Yəqin ki, hələ İran və Azərbaycan qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan. Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik!" - deyə səfir qeyd edib.
Qeyd edək ki, daha öncə İsrailin Azərbaycandakı səfiri Azərbaycan xalqına video müraciət ünvanlayaraq, İranı “dünyanın bir nömrəli terroru maliyyələşdirən dövləti” adlandırmışdı.
It may feel that we are thousands of miles away from the conflict. But we’re not. Actually, we are right next door to it. #Hamas #Iran pic.twitter.com/Itzk4L16hT
— George Deek (@GeorgeDeek) May 20, 2021
