Şuşada ilk toy jurnalist cütlüyün ola bilər - FOTO

Şuşada ilk toy jurnalist cütlüyün ola bilər -  FOTO backend

“Qarabağa dönüş” İctimai Birliyinin rəhbəri, deputat Tural Gəncəliyevin Şuşada ilk toyu etmək istəyən cütlüklərə müraciətinə ilk reaksiya jurnalist cütlükdən gəlib.

Belə ki, şuşalı deputatın bu çağırışına ilk qoşulan jurnalist Bəxtiyar Hacıyev nişanlısı Nigar Etibarla Şuşada evlənməyə əhd etdiyini bildirib.

O, 2020-ci il 6 noyabr tarixində, Vətən müharibəsinin davam etdiyi vaxt sosial şəbəkədə paylaşdığı statusunu xatırladıb:

“Nigarla ötən il əhd etmişdik ki, bəs toyumuzu bu il Şuşada edərik. Xeyirlisi...”.

Qeyd edək ki, Bəxtiyar Hacıyev hazırda İctimai Televiziyada, Nigar Etibar isə AzTV-də çalışır. Pandemiya səbəbindən cütlüyün toyu təxirə salınmışdı.