“Bu qaydaları biz tənzimləmirik. Bu istiqamətdə müzakirələr gedir. Biz həkim olaraq tibbi cəhətdən buna qiymət verə bilərik”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva REAL TV-yə müsahibəsində deyib.
O bildirib ki, ötən il də məlum şərtlərlə çimərliklər işləmişdi: “O zaman çimərliklərin fəaliyyət göstərməsi üçün sanitar qaydalar da hazırlanmışdı. Bu qaydalar əsasında bu il aidiyyəti strukturlar qərar verə bilərlər deyə düşünürəm”.