Nazirliyin “Telegram” kanalı rəsmi mavi tanınma nişanı ilə təsdiqlənib

Nazirliyin “Telegram” kanalı rəsmi mavi tanınma nişanı ilə təsdiqlənib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən il fəaliyyətə başlayan rəsmi “Telegram” kanalı (sosial.gov.az) qısa müddətdə aktiv fəaliyyəti ilə seçilərək, “Telegram” platforması tərəfindən rəsmi mavi tanınma nişanı ilə təsdiqlənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, dünyanın ən böyük sosial şəbəkələrindən biri olan “Telegram”ın 500 milyondan çox  aktiv istifadəçisi var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz fəaliyyət sahələrində aparılan işlər, sosial müdafiə, məşğulluq tədbirləri, islahatlar, innovativ yeniliklər barədə bu kanalda da mütəmadi xəbərlər paylaşır.

Mavi nişanla təsdiqlənmə (“Verified Page”) səhifənin orijinallığına, ardıcıl və mötəbər məlumatlar mənbəyi olmasına, aktivliyinə, nüfuzuna dəlalət edir. Bu nişan izləyici kontingentinin orijinal, rəsmi, dürüst səhifələri saxta səhifələrdən ayırd edə bilməsinə və düzgün istiqamətlənməsinə yardımçı olur.

Nazirliyin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir. Ötən dövrdə  qurumun "Facebook" (https://www.facebook.com/sosial.gov.az və “İnstagram” (https://www.instagram.com/sosial.gov.az/ ) səhifələri də rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

Diaspora