Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb

Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb backend

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.

Bu barədə APA-ya M. Mirəlioğlu özü məlumat verib.

Partiya sədri bildirib ki, artıq Fonddan ona zəng edib maraqlanıblar: “İndi həkimlər göndərirlər”.

Qeyd edək ki, M. Mirəlioğlu və ailə üzvləri COVID-19-a yoluxub, hazırda ev şəraitində müalicə alırlar.

Diaspora