Yeni doğulan körpəyə şəhid atasının adı verildi

Yeni doğulan körpəyə şəhid atasının adı verildi backend

Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş baş leytenant İlqar Zeynalovun övladı dünyaya gəlib.

"Report"un Muğan bürosunun məlumatına görə, körpəyə şəhid atasının adı verilib.

Qeyd edək ki, şəhid baş leytenant Zeynalov İlqar Natiq oğlu 1989-cu ildə Cəlilabad rayonunun Zopun kəndində doğulub. O, 2020-ci ilin oktyabr ayında Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.