Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılır

Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılır backend

Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.

“Report”un məlumatına görə, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır.

Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Martın 11-də Azərbaycanın baş naziri Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan respublikamıza idxalı ilə bağlı sərəncam imzalayıb. Bundan sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın peyvəndini istifadə üçün təsdiq edib.

“Sputnik V” vaksinləri Azərbaycana mayın 2-də gətirilib.

Qeyd edək ki, vaksin 65 ölkə tərəfindən tanınıb.