Polad Həşimov parkında işlər yekunlaşır

Polad Həşimov parkında işlər yekunlaşır backend

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda işlər yekunlaşmaq üzrədir.

Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov "Report"a bildirib ki, parkda aparılan abadlıq işləri çərçivəsində yararsız oturacaq və söhbətgahlar sökülərərək ərazidən daşınıb: "Yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılıb, həmçinin ağaclar budanıb və səki daşları düzülüb”.

Qeyd edək ki, yenidənqurma işlərindən sonra parkda P.Həşimovun abidəsi ucaldılacaq. Həmçinin abidə kompleksinin üzərində digər şəhidlərimizin də adının əbədiləşdirilməsi nəzərdə tutulub.