İşğaldan azad edilən ərazilərdə niyə üç hava limanı tikilir? - VİDEO

İşğaldan azad edilən ərazilərdə niyə üç hava limanı tikilir? -  VİDEO backend

İşğaldan azad olunan ərazilərdə üç beynəlxalq hava limanı fəaliyyət göstərəcək.

Füzuli Hava Limanı bu ilin payızında istifadəyə veriləcək. Bir müddət əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan hava limanının təməli qoyuldu. Laçında isə hava limanının inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir.

Maraqlıdır, işğaldan azad edilən ərazilərimizdə hansı səbəbdən üç hava limanı inşa olunur? 

Ekspertlərin fikrincə, bölgədə fəaliyyət göstərəcək hava limanları Laçın, Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından da vacibdir. Belə ki, Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək.

Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır. (oxu.az)

Diaspora