Rəsmi Bakı: Azərbaycan Qərbdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe gözləyir

Rəsmi Bakı: Azərbaycan Qərbdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe gözləyir backend

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev öz qarşısında əsas vəzifəsini Azərbaycanın müstəqil bir dövlət kimi sabit, təhlükəsiz inkişafda görür və bütün səylərini də bu istiqamətə yönəldib. Bununla da bağlı hansı addım lazım olursa-olsun, onu atmağa qadirdir və bunu da atır”.


Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov deyib ki, Azərbaycan Qərbdən, Avropa ölkələrindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir dəfə də olsa, konkret bir hüquq çərçivəsində mövqe gözləyir: "Amma çox təəssüf olsun ki, onlar bunu etmir və edə bilmirlər".

Bunu çox mühüm məsələ hesab edən PA rəsmisi əlavə edib ki, Azərbaycan bir necə il əvvəl Avropa İttifaqının Vilnüs sammitində assosiasiya sazişinə qoşulmadı: “Bizə çox iradlar edildi ki, niyə Azərbaycan bunu etmədi, görəsən, hansı yola dönür, nə edir, niyə edir? Amma tənqid edənlərdən biri də demədi ki, axı bu assosiasiya sazişində Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü məsələsini qeyd etmir. Yəni onu tanıdığını orada göstərmir. Necə olur ki, Moldova, Ukrayna, Gürcüstan göstərilir, Azərbaycan isə göstərilmir. Bunu anlaya bilən kim olur-olsun, başa düşməlidir ki, Azərbaycanın atdığı bu addım düz addımdır”.

N.Məmmədov qeyd edib ki, hökumətin son müşavirəsində İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı konkret mövqe nümayiş etdirdi: "Bu, əslində indiyə qədər gedən proseslərin zirvəsi idi. Bundan sonra orada düşündülər ki, bu ölkə o biri ölkələr kimi deyil. Bu ölkəyə digər ölkələr kimi istədiyimiz münasibəti nümayiş etdirə bilmərik. Çünki Azərbaycanın mövqeyi ədalətli, düzgün mövqedir. Bunun nəzərə alındığını göstərən faktorlardan biri Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri idi. Bu səfər zamanı çox geniş danışıqlar aparıldı”.
Diaspora