Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlarla təltif olunmuş jurnalistlər arasında Bakı Dövlət Universitetinin (BDU) üç əməkdaşı da var.
Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə Yəhya qızı İbrahimova “Tərəqqi” medalı, Mətbuat tarixi kafedrasının dosenti Qərənfil Dünyamin qızı "Əməkdar jurnalist" və Jurnalistika fakültəsi Tədris Teleradio studiyasının rəhbəri, Region TV Xəbər departamentinin redaktoru Aynur Əli qızı Nəsirova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər.Dövlətin ali mükafatlarına layiq görülən universitet əməkdaşları Prezident İlham Əliyevə təşəkkürlərini bildirib, bu yüksək etimadı doğruldacaqlarını bildiriblər.