Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub

Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub backend

Vətən müharibəsinin daha 40 qazisi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sosial-psixoloji yardım təlimlərinə cəlb olunub.

Əmək Və Əhalinin Sosıal Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildiriblər ki, Şağan Reabilitasiya Pansionatında onların psixoloq, loqoped və əmək terapiyası üzrə mütəxəssislər tərəfindən müvafiq xidmətlərlə təminatı həyata keçirilib. Təlimlər müasir metodlarla həm fərdi, həm də qrup şəklində aparılıb.

Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 805 qaziyə sosial-psixoloji yardım göstərilib. Onlarla yanaşı, şəhid ailəsinin və müharibə iştirakçısının ailə üzvlərindən ibarət 150 nəfər də psixoloji təlimlərə cəlb edilib. Ümumilikdə isə 7500-dən çox psixoloji seans keçirilib.

Diaspora