Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan üçün, həm də Avropa-Azərbaycan əlaqələri üçün çox mühüm hadisələrdən biri idi.
QAZİLER.AZ saytının Trend-a istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
N.Məmmədov qeyd edib ki, bu, Avropa İttifaqı Şurası Prezidentinin Avropa ölkələrindən kənara ilk xarici səfərlərindən biri, bəlkə də birincisi idi.