Azərbaycan Türk Xalqlarının Musiqi Festivalında iştirak edib

Azərbaycan Türk Xalqlarının Musiqi Festivalında iştirak edib backend

Azərbaycan Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Xalqlarının Musiqi Festivalında iştirak edib.


QAZİLER.AZ saytı xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Astanada keçirilən Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü ümumdünya konfransı çərçivəsində TÜRKSOY tərəfindən Türk Xalqlarının Musiqi Festivalı təşkil olunub.

Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim ediblər.

Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak ediblər.

Festivalda Azərbaycandan “Aypara” muğam üçlüyünün - ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov iştirak edıb.
Diaspora