Reabilitasiya müəssisəsində qazilərimiz üçün iftar süfrəsi təşkil olunub

Reabilitasiya müəssisəsində qazilərimiz üçün  iftar süfrəsi təşkil olunub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şağan Reabilitasiya Pansionatında reabilitasiya xidmətləri göstərilən qazilər üçün iftar süfrəsi təşkil edib.

Qaziler.az bildirir ki, iftar süfrəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində tarixi zəfərindən, torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad etməsindən bəhs olunub. Xalqımızın ötən illərdən fərqli olaraq bu ilki Ramazan bayramını artıq qalib xalq kimi sonsuz iftixar hissi, fərəhlə qeyd etdiyi vurğulanıb. Müqəddəs Ramazan ayının fəzilətlərindən söz açılıb. Ramazan bayramının cəmiyyətdə yüksək mənəvi dəyərləri, həmrəylik və xeyirxahlığı təbliğ edən bir bayram olduğu bildirilib.

Dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, postmüharibə dövründə onlarla bağlı icra olunan geniş sosial dəstək paketi vurğulanıb. Son illərdə qazilərimiz üçün müasir tələblərə uyğun reabilitasiya infrastrukturunun yaradılmasının onlara qayğının daha bir təzahürü olduğu bildirilib. Qeyd olunub ki, ölkəmizdə ən iri reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatı da bu ilin fevral ayında əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

İftar süfrəsində Pansionatda reabilitasiya xidmətləri ilə təmin olunan 30-dan çox qazi iştirak edib.