Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO

Daha bir şəhidimizin övladı dünyaya gəlib -  FOTO backend

Gəncədə şəhid Azad Abbasovun oğul övladı dünyaya gəlib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Azad Novruz oğlu Abbasovun 4-cü övladı doğulub.

Körpəyə Araz adı verilib. Onun səhhəti yaxşıdır.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan A.Abbasov 2020-ci ilin 29 sentyabrında Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Diaspora