Marafona dəvət məqsədilə Azərbaycan Diasporuna Dəstək Fondu videocarx hazırlayıb. Videonun təsviri belədir: Vətən müharibəsində dünya azərbaycanlıları “dəmir yumruq” ətrafında sıx birləşərək diaspor-dövlət birliyini bir daha sübut etdi.
Azərbaycan Diasporuna Dəstək Fondu və “YAŞAT” Fondu bu birliyə güvənərək şəhid və qazi ailələrinə dəstək məqsədilə Xeyriyyə Marafonu təşkil edir. Marafonda birliyimizi bir daha nümayiş etdirək.