Neftçalanın icra başçısı özünə yeni müavin təyin edib

Neftçalanın icra başçısı özünə yeni müavin təyin edib backend

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

"Report"un Muğan bürosunun məlumatına görə, İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin edilib.

Bu vəzifəyə Burcalı Əlican oğlu Ağayev təyin olunub.

Qeyd edək ki, Burcalı Ağayev 1979-cu ildə Neftçala şəhərində anadan olub. O, bundan əvvəl İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

2005-2012-ci illərdə rayonun Kürkənd kənd inzibati ərazi nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.

Diaspora