Şəhid Elməddin Vəkilov Daşkəsəndə dəfn olunub

Şəhid Elməddin Vəkilov Daşkəsəndə dəfn olunub backend

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Elməddin Vəkilov dəfn olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, dəfndə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Mərhum Daşkəsən şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 1988-ci il təvəlüdlü Elməddin Nizami oğlu Vəkilov ailəli olub. O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.

Allah rəhmət eləsin!