Hazırda Mərkəzi Avropa ölkələri son 12 ildə ən ciddi quraqlığa qarşı mübarizə aparırlar. Güclü istilər qrunt sularına da təsir göstərib. Üstəlik, mütəxəssislərin proqnozlarına görə, vəziyyətin düzələcəyinə ümid yoxdur, çünki yaxın günlərdə normal və sürəkli yağışlar gözlənilmir.
Avropa İttifaqı Hidrometeorologiya Mərkəzinin ekspertləri vəziyyəti KİV-lər üçün qiymətləndiriblər. Builki quraqlıq 2003-cü ilin isti yay günlərində müşahidə olunub. Mərkəzi Avropanın, demək olar, bütün regionları rütubət qıtlığından əziyyət çəkir. Macarıstan, Slovakiya və Çexiya çaylarının yarısında suyun səviyyəsi quraqlıq ordinarından aşağıdır. Halbuki hələ bir həftə əvvəl belə vəziyyət bu ölkələrin çaylarının dörddə birində müşahidə olunurdu.