Bakıda bu küçədyə Polad Həşimovun adı verildi

Bakıda bu küçədyə Polad Həşimovun adı verildi backend

Bakı şəhərinin küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Qazilər.az xəbər verir ki, bu barədə "Report"a Xətai Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul olunub. Qərara əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

"Yaxın zamanlarda həmin küçədə şəhid general-mayor Polad Həşimovun adını daşıyan park da istifadəyə veriləcək", - icra hakimiyyətindən bildirilib.

Diaspora