Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı backend

Ramazan bayramı ilə əlaqədar Azərbaycanda bayram namazının qılınma tarixi məlum olub.

Qazilər.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

O qeyd edib ki, Ramazan bayramı ilə bağlı olan təqvimə əsasən, mayın 13-də bayram namazı qılınacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə məscidlərə toplanmaq mümkün olmayacaq.

Azərbaycanda məscidlər bağlı olduğu üçün bu Ramazan bayramında camaat namazı onlayn qılınacaq.

Diaspora