Millət vəkili daha bir şəhid anası ilə görüşdü

Millət vəkili daha bir şəhid anası ilə görüşdü backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı şəhər, Binəqədi rayon sakini, Vətən Müharibəsinin şəhidi İbrahim Abdulla oğlu İbrahimovun anası Rəsmiyyə Seyfəddin qızı İbrahimova ilə Milli Məclisdə görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili şəhid anasının qayğıları ilə maraqlanıb, İbrahim İbrahimovun döyüş yolu xatırlanıb.

Qeyd edilib ki, İ.İbrahimov Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə fədakarlıqla iştirak edib, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Şuşa istiqamətində mərdliklə döyüşüb. O, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Q.Paşayeva hər zaman şəhidimizin ailəsinin yanında olduğunu bildirib.

Şəhidin anasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Görüşdə RHİM İB sədri Arzu Bağırova da iştirak edib.