Vətən müharibəsi şəhidi Lerikdə dəfn edildi - FOTO

Vətən müharibəsi şəhidi Lerikdə dəfn edildi -  FOTO backend

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu - kapitan Əbülfəz Rəhmətov dəfn edilib.

"Report"un məlumatına görə, şəhid Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə rəsmi şəxslər, hərbçilər, şəhid yaxınları və rayon sakinləri iştirakı ediblər.

Qeyd edək ki, Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu ikinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. 7 aylıq axtarışlardan sonra mayın 6-da onun şəhid olduğu müəyyən edilib.

Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.

Allah rəhmət eləsin.

Diaspora