Nazirlik Arif Quliyevin harda dəfn ediləcəyini bilmir - RƏSMİ AÇIQLAMA

Nazirlik Arif Quliyevin harda dəfn ediləcəyini bilmir -  RƏSMİ AÇIQLAMA backend

“Xalq artisti Arif Quliyevin dəfn yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir:

“Mədəniyyət Nazirliyi xalq artistinin dəfni ilə bağlı məsələlərə dəstək göstərir və bildirir ki, dəfnin yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.

"Mədəniyyət Nazirliyi Arif Quliyevin  dəfn ediləcəyi yer müəyyənləşə bilmir. Buna görə də meyit hələ də həyətdə qalıb" - deyə bildirilib.

Qeyd edək ki, Arif Quliyev mayın 6-da koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Diaspora