Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kompleks qazma işləri tresti “Pirallahı adası-quru” yatağındakı 2 yeni quyuda qazma işlərini uğurla davam etdirir. 1183 nömrəli quyunun layihə dərinliyi 795 metr, 1145 nömrəli quyunun layihə dərinliyi isə 950 metrdir.
QAZİLER.AZ saytı xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Abşeronneft” neft və qazçıxarma idarəsinin sifarişi ilə qirməki altı lay dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulur.